...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Siyasət Materials 24 Aprel 2006 13:31 (UTC +04:00)
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunları üzrə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilən manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,06% təşkil edib. Ötən həftə orta kurs 1 dollar üçün 0,9047 manat həcmində müəyyən edilmişdi.

Trend in məlumatına görə, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi aprelin 17 və 18-də ( 1 ABŞ dolları üçün 0,9050 manat), minimum məzənnəsi isə aprelin 20-də (1 ABŞ dolları üçün 0,9043 manat) müəyyən edilib.

Manatın 1 ABŞ dollarına nisbətdə rəsmi kursu

anatın 1 ABŞ dollarına nisbətdə rəsmi kursu

10 aprel

0,9082

17 aprel

0,9050

11 aprel

0,9080

18 aprel

0,9050

12 aprel

0,9078

19 aprel

0,9048

13 aprel

0,9069

20 aprel

0,9043

14 aprel

0,9058

21 aprel

0,9044

Həftə ərzində orta

0,90734

Həftə ərzində orta

0,9047


Ötən həftənin yekunları üzrə Bakı Banklararası Birjasında aparılan alqı-satqı üzrə manatın birja kursu 0,07% artıb. Orta kurs 1 ABŞ dollarına nisbətdə 0,9042 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə dolların manata nisbətdə maksimum kursu aprelin 17- və 18-də (1 ABŞ dolları 0,9046 manat), minimum kursu isə aprelin 20-də (1 ABŞ dollarına görə 0,9037 manat) müəyyən edilib.

2006-cı ilin ötən həftğəsində BEST-də valyuktalaşdırma üzrə sövdələşmələr elə həmin gün (T+0) aparılıb: aprelin 17-də 0,9046 AZN/USD orta yüksək mübadilə kursu üzrə $0,666 mln, aprelin 18-də 0,9046 AZN/USD kursu üzrə $0,600 mln., aprelin 19-da 0,9042 AZN/USD kursu üzrə $1,320 mln, aprelin 20-də 0,9037 AZN/USD kursu üzrə $ 0,552 mln. və aprelin 21-də 0,9039 AZN/USD kursu üzrə $0,640 mln. təşkil edib.

1 ABŞ dollarına nisbətdə manatın birja kursu

ABŞ dollarına nisbətdə manatın birja kursu

10 aprel

0,9078

17 aprel

0,9046

11 aprel

0,9076

18 aprel

0,9046

12 aprel

0,9074

19 aprel

0,9042

13 aprel

0,9064

20 aprel

0,9037

14 aprel

0,9064

21 aprel

0,9039

Həftə ərzində orta

0,90712

Həftə ərzində orta

0,9042


Ötən həftə sorğunun olmaması ilə bağlı Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə alqı-satqı aparılmayıb.

Araşdırılan dövrdə özəlləşdirmə çeklərinin qiymətində yenidən dəyişiklik tendensiyası müşahidə olunub ki, bu da satıcıların fikrincə, müvəqqəti hal olub və tezliklə onların qiyməti yenidən aşağı düşüb. Bununla yanaşı, aprelin 17-də bir özəlləşdirmə çekinin qiyməti 100 min köhnə manata (20 AZN), aprelin 18-də - 100 min manata (20 AZN), aprelin 19-da 120 min manata (24 AZN), aprelin 20-də 125 min manata (25 AZN) və aprelin 21-də 110 min manata (22 AZN) olub.

Xəbər lenti

Xəbər lenti