Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də Dəhab şəhərində törədilmiş terror aktları ilə əlaqədar Misir prezidenti Məhəmməd Hüsni Mübarəkə başsağlığı verib.
Məktubda deyilir: "Azərbaycan çoxsaylı insan tələfatına səbəb olmuş terror aktlarının törədilməsi xəbərindən olduqca kədərlənib. Biz terrorçuluğun bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Bu ağır dəqiqələrdə dərdinizi bölüşür, Sizə və həlak olanların ailələrinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edirəm".