...

Əli Əhmədov: "Azərbaycan prezidentinin ABŞ-a səfəri dövlətlər arasında əməkdaşlığa təkan verəcək"

Siyasət Materials 25 Aprel 2006 15:19 (UTC +04:00)

Azərbaycan prezidentinin ABŞ-a səfəri dövlətlər arasında əməkdaşlığa təkan verəcək. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov dövlət başçısı İlham Əliyevin ABŞ səfərinə münasibət bildirərkən qeyd edib.

ABŞ-la Azərbaycan arasında əməkdaşlığın mövcud olduğunu deyən Ə.Əhmədov bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu bildirib: "Prezidentin ABŞ-a səfərinin hər iki ölkə arasında əməkdaşlığa təkan verəcəyini düşünürük. Hesab edirəm ki, bu əlaqələrin inkişaf etdirilməsinə ciddi ehtiyac var. ABŞ-la Azərbaycan arasında əməkdaşlığın indiki səviyyədə müzakirə edilməsi və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi bütövlükdə dünya siyasətinin, eləcə də regional siyasətin bir neçə aspektdən təhlil edilməsi baxımından da önəm daşıyır".

Ə.Əhmədov onu da qeyd edib ki, Azərbaycanın enerji daşıyıcılarının dünya bazarına çıxarılması həm də regional təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidır və dövlət başçısının ABŞ-a səfəri bu mənada da böyük əhəmiyyət kəsb edir.

YAP rəsmisi onu da bildirib ki, bu səfər çox ciddi məna yükünə və əhəmiyyətə malikdir: "Biz inanırıq ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Darabağ münaqişəsinin nizama salınması məsələləri də müzakirə predmetinə çevriləcək: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin nizama salınmasında özünəməxsus rola malikdir".

Xəbər lenti

Xəbər lenti