Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində islahatların keçirilməsində Azərbaycana texniki yardım göstərməyə hazırdır. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 26-da ÜST-nın rəhbəri Çon Vuk Li bəyan edib.
Onun sözlərinə görə, ölkə hökuməti tərəfindən rəsmi müraciət daxil olarsa, təşkilat Azərbaycana hərtərəfli yardım göstərməyə hazırdır.
ÜST-nın rəhbəri ölkədə səhiyyə sahəsində aparılan işlərlə bağlı məmnunluğunu ifadə edib.
"Səfər gedişində mən hökumətin rəhbər şəxsləri ilə görüşdüm. Aprelin 26-da səhər islahatların aparılması ilə bağlıbaş nazir Artur Rasizadə ilə müzakirələr apardım", - deyə o bildirib.
Çon Vuk Li həmçinin, qeyd edib ki, özünün ikinci səfəri zamanı o, mütləq Azərbaycan regionlarında səhiyyətin səviyyəsi ilə tanış olacaq.
Qeyd edək ki, ÜST-nın rəhbəri aprelin 25-də Bakıya gəlib və onun səfəri aprelin 26 -da başa çatacaq.