...

Azərbaycançı Qüvvələr Birliyi mayın ikinci ongünlüyündə növbəti toplantısını keçirəcək

Siyasət Materials 28 Aprel 2006 17:14 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Birliyi (AQB) mayın ikinci ongünlüyündə növbəti toplantısını keçirəcək. Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

Qeyd edək ki, AQB sonuncu toplantısını 2005-ci il 6 noyabr parlament seçkilərindən bir ay öncə keçirərək seçki bloku kimi fəaliyyət göstərib. Azərbaycan Sosial Demokrat Partiyasından sonra Vəhdət Partiyası AQB-ni tərk etdikdən və parlament seçkilərində heç bir uğur qazanmadıqdan sonra blok siyasiləşdi.

H.Nuri 7 aydan artıq toplantı keçirməmələrini müxtəlif səbəblərlə izah edib: "Elə buna görədir ki, haqqımızda müxtəlif söhbətlər dolaşır. Qərara almışıq ki, mayın ikinci ongünlüyündə toplantımızı keçirək və blokun gələcək fəaliyyət istiqamətləri ilə bağlı proqşram hazırlayaq". Onu da bildirək ki, hazırda blokda İslam Partiyası ilə yanaşı Birlik Partiyası və Xalq Dirçəliş Partiyası təmsil olunur.

Xəbər lenti

Xəbər lenti