...

Şuşanın işğalının ildönümü ilə əlaqədar Azərbaycanın rayonlarında yürüşlər keçiriləcək

Siyasət Materials 1 May 2006 12:37 (UTC +04:00)

8 mayda Şuşanın işğalının 14-cü ildönümü ilə əlaqədar Azərbaycanın rayonlarında yürüşlər keçiriləcək. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatından (QAT) məlumat verilib.

Bölgələrdə aksiyalar mayın 7-də keçiriləcək və ölkənin bir sıra rayonlarını əhatə edəcək. Həmçinin anım mərasimləri, müxtəlif tipli tədbirlər də təşkil ediləcək. Mayın 8-də saat 11.00-da isə Bakıda Şəhidlər Xiyabanı ziyarət olunacaq. İldönümlə bağlı bu dəfə QAT tərəfindən paytaxtda mitinqlər planlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti