...

Bakıda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivləri müzakirə olunacaq

Siyasət Materials 1 May 2006 15:36 (UTC +04:00)

Bakıda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivləri müzakirə olunacaq. Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Q.Kərimovun Trend ə verdiyi məlumata görə, məsləhətləşmələr Özbəkistanın nümayəndə heyətinin mayın 4-5-də keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində və təşkilatın XİN rəhbərlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində aparılacaq.

Nümayəndə heyətinə Özbəkistanın Ali Məclisinin qanunvericilik palatasının spikeri Erkin Xəlilov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə Ali Məclisin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Fayzullo Abrurraxmanov, XİN-in 3-cü katibi Abdurraxman Muxammedov daxildir. Nümayəndə heyəti Bakıya mayın 4-də gələcək. Səfər zamanı Azərbaycanın XİN-də və Milli Məclisdə görüşlər gözlənilir. Həmin görüşlər zamanı iki ölkənin qanunvericilik orqanlarının əməkdaşlığının inkişafı məsələlərinə, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət, eləcə də ticari-iqtisadi münasibətlərin perspektivlərinə toxunulacaq.

Xəbər lenti

Xəbər lenti