...

Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi məsələləri üzrə seminar keçirilib

Siyasət Materials 2 May 2006 15:48 (UTC +04:00)

Mayın 2-də Bakıda Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi məsələləri üzrə seminar keçirilib. Trend in verdiyi məlumata görə, Seçki sistemləri Beynəlxalq Fondunun (IFES) Bakı ofisinin səyi ilə təşkil edilən seminarın işində Azərbaycan Prezidenti Aparatının nümayəndələri, eləcə də mayın 13-də təkrar seçkilərin keçiriləcəyi 10 rayondan beşinin İcra hakimiyyətlərinin nümayəndələri, rayon polis orqanlarının rəhbərləri və məhkəmə instansiyaları iştirak edib.

Tədbirin iştirakçıları seçki təcrübəsinin təkmilləşdirilməsi məsələlərini, eləcə də təkrar seçki günü şəffaf və demokratik səsvermənin keçirilməsi məqsədilə səylərin birləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyevin ölkədə seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə iki sərəncamından irəli gələn tədbirlərin yerinə yetirilməsinə ayrılıb.

Həm təkrar seçkilərə hazırlıq prosesində, həm də bilavasitə səsvermə günü istənilən hüquq pozuntusu cəhdinin qarşısının alınmasının zəruriliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti