...

Əfqanıstan prezidenti Bakıya gəlib

Siyasət Materials 4 May 2006 15:18 (UTC +04:00)

Əfqanıstan prezidenti Həmid Karzay mayın 4-də Bakıya gəlib. Bu barədə Trend agentliyi ATI telekanalına istinadən xəbər verib.

Səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 5-nə təyin olunmuş zirvə görüşündə iştirak etməkdir.

Bakı səfəri çərçivəsində H.Karzay həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Bakıya gəlmiş nümayəndə heyətlərinin liderləri ilə ikitərəfli danışıqlar aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti