...

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin bütün mümkün həll variantları artıq nəzərdən keçirilib

Siyasət Materials 5 May 2006 16:27 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin bütün mümkün həll variantları artıq nəzərdən keçirilib. Trend in verdiyi məlumata görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

"Hazırda həmsədrlər öz aralarında intensiv məsləhətləşmələr aparır, müxtəlif variantları nəzərdən keçirirlər. Və hər hansı yenilik ola bilər",- deyə dövlət başçısı bildirib.

"Məsələnin həlli üçün hər hansı bir yeniliyin ola biləcəyini düşünmürəm. Ola bilər ki, hazırda müzakirə olunan təkliflərə hər hansı bir dəyişiklik edilsin. Mən bunu istisna etmirəm. Əgər bu belə olarsa, onda, çox güman ki, biz məsələnin həllinə daha çox yaxınlaşarıq", -deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişilməz qalır. "Biz beynəlxalq hüquq normalarının tələblərinə tərəfdarıq və bu məsələyə vahid yanaşma olmalıdır", -deyə prezident qeyd edib. Azərbaycanın dövlət başçısı bildirib ki, "bu münaqişə və onun həlli mexanizmini, mənim fikrimcə, dünyada gedən ümumi proseslərdən ayırmaq və hər hansı ayrıca formanı tətbiq etmək olmaz. Biz bununla razılaşa bilmərik",- deyə Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti