...

Azərbaycan prezidenti Türkiyənin baş nazirini qəbul edib

Siyasət Materials 5 May 2006 20:39 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əlyiev mayın 5-də Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanı qəbul edib.

Söhbət zamanı tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişafından razılıq ediblər. Qeyd olunub ki, regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi planlaşdırılmış qaydada həyata keçirilir.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının dövlətlərarası əlaqələrin inkişafındakı xüsusi rolunu qeyd edib. Bildirilib ki, Azərbaycanla Türkiyənin beynəlxalq sahələrdə əməkdaşlığı iki ölkənin milli maraqlarının təminatı istiqamətində durmadan genişlənir.

Xəbər lenti

Xəbər lenti