...

Azadlıq Hərəkatçıları Birliyinin rayon şöbələri yaradılır

Siyasət Materials 6 May 2006 14:35 (UTC +04:00)

Azadlıq Hərəkatçıları Birliyinin (AHB) Analitik İnformasiya Mərkəzi yaradılıb. Bu barədə Trend ə adıçəkilən birliyin Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.

Onun sözlərinə görə, bu barədə qərar AHB Ali Şurasında qəbul edilib. T.Novruzov onu da bildirib ki, hərəkatın Yasamal, Binəqədi, Suraxanı raoyn və Sumqayıt şəbər şöbələri sədrlərinin səlahiyyətləri təsdiqlənib. Yığıncaqda Analitik İnformasiya Mərkəzinin Əsasnaməsi qəbul edilib və Bəxtiyar Tuncay mərkəzin direktoru seçilib.

T.Novruzov onu da bildirib ki, həftədə iki dəfə toplantı keçirən AHB-nin Ali Şurasına şura üzvləri növbəli şəkildə sədrlik edir.

Qeyd edək ki, AHB keçmiş hərəkatçılardan yaranan qurumdur.

Xəbər lenti

Xəbər lenti