...

Fazil Məmmədov: Azərbaycanın vergi sistemində islahatlar aparılıb

Siyasət Materials 11 May 2006 15:23 (UTC +04:00)

Azərbaycanın vergi sisteminin təkmilləşlirilməsi məqsədilə islahatlar aparılıb ki, bunları da şərti olaraq iki mərhələyə bölmək olar. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, vergilər naziri Fazil Məmmədov keçmiş prezident Heydər Əliyevin 83-cü ildönümü münaibətilə keçirilən "Heydər Əliyev və vergi siyasəti" konfransında bildirib.

Nazirin dediklərinə görə, 1-ci mərhələ bazar iqtisadiyyatı dövründə vergi qanunvericiliyi sahəsində sənədlərin qəbul olunduğu 1993-1996-cı illəri əhatə edir. 2-ci mərhələ vergi sisteminin formalaşdırılmağa başladığı 1997-ci ildən sonrakı dövrə aiddir.

F.Məmmədovun sözlərinə görə, bu müddət ərzində həmin sahədə bir sıra islahatlar aparılıb, xüsusilə, kənd təsərrüfatı, qiymətli kağızlar və bunların dividendlərinə güzəştlər tətbiq olunub.

Nazir həmçinin vurğulayıb ki, avtomatlaşdırılmış vergi məlumat sistemi üzrə işlər başa çatdıqdan sonra nəinki MDB, həm də Şərqi Avropa ölkələrində bu sistemin bənzəri olmayacaq.

"Bu sahədə əldə olunan nailiyyətlər arasında ikili vergiqoymadan yayınmanı göstərmək olar" - deyə F.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti