...

Turan Moralı: Türkiyə və Azərbaycan diasporları qondarma "erməni soyqırımı" təbliğatının qarşısını almaqda fəal iştirak etməlidir

Siyasət Materials 15 May 2006 18:58 (UTC +04:00)
Turan Moralı: Türkiyə və Azərbaycan diasporları qondarma "erməni soyqırımı" təbliğatının qarşısını almaqda fəal iştirak etməlidir

Türkiyə və Azərbaycan Ermənistanın 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı apardığı siyasətin qarşısını almaq məqsədilə diasporların potensialından fəal istifadə etməlidirlər. Trend in verdiyi məlumata görə, bu gün jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib. O, bunları Fransa Senatının qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun layihəsi ilə bağlı Ankaranın mövqeyini şərh edərkən bildirib.

"İşlər təkcə dövlət deyil, diaspora səviyyəsində də aparılmalıdır",- deyə səfir bildirib. Onun sözlərinə görə, Türkiyə qanun layihəsinin ləğv edilməsi ilə bağlı fəal işləri davam etdirir və bu qanun layihəsinin qəbul edilməməsini qarşısına məqsəd qoyub.

T.Moralı xatırladıb ki, Türkiyənin Parisdəki səfiri müvəqqəti olaraq Ankaraya çağırılıb və bu cür addımların iki ölkə arasında iqtisadi əlaqələrə mənfi təsir göstərməyəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti