...

Türkiyədə Əlcəzairdə törədilmiş soyqırım qurbanlarının xatirəsinə abidə ucaldıla bilər

Siyasət Materials 16 May 2006 14:33 (UTC +04:00)

Fransa parlamentində türklər tərəfindən ermənilərin soyqırımını inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması haqqında yeni qanun layihəsinin debatına cavab olaraq Türkiyə Fransanın Əlcəzairdə törətdiyi soyqırımın tanınması imkanlarını tam ciddiyyətlə nəzərdən keçirir.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, planlaşdırılmış tədbirlər sırasında İstanbul rayonlarından birində Əlcəzairin milli müstəqilliyi uğrunda aparılmış mübarizə illərində bu ölkənin dinc sakinlərinə qarşı törədilmiş soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı məsələ də nəzərdən keçirilir. Bu barədə Türkiyənin "Cümhuriyyət" qəzeti yazır.

Xəbər lenti

Xəbər lenti