...

Azərbaycan nümayəndə heyəti Tiflisdə beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 17 May 2006 12:31 (UTC +04:00)

Azərbaycan nümayəndələri 17-18 mayda Tiflisdə "Təkamül və münaqişələri idarəetmə: prinsiplər, yanaşmalar və texnologiyalar" mövzusunda keçiriləcək konfransa dəvət olunub. Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət nazirinin aparatından Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, konfrans "Şeraton Metexi Palas" mehmanxanasında keçiriləcək.

Bu, həmin mövzuya həsr olunmuş sayca 2-ci beynəlxalq elmi-təcrübi konfransdır. Konfransın təşkilatçıları Helsinki Assambleyası və Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutudur.

Konfransı saat 10:00-da Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət katibi Georgi Xaindrava açacaq.

Forumda Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Bolqarıstan, Ukrayna və Rusiyadan deputatlar, ekspertlər və politoloqlar da təmsil olunacaq. Onlar "sülh prosesinin təşkili", "sülh prosesinin demokratik idarə olunması", "demokratik və humanitar dəyərlər", "siyasi ekstremizm və insan hüquqları" və digər məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti