...

Yo-Yo-Ma: Azərbaycan muğamı bütün bəşəriyyətə məxsusdur

Siyasət Materials 17 May 2006 19:29 (UTC +04:00)
Yo-Yo-Ma: Azərbaycan muğamı bütün bəşəriyyətə məxsusdur

Muğam təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur. Trend in verdiyi məlumata görə, belə bir bəyanatla mayın 17-də Bakıda keçirilən mətbuat konfransında ABŞ-ın dünya şöhrətli violançel ifaçısı Yo-Yo-Ma çıxış edib.

"Məxsus olduğu millətdən və mədəniyyətdən asılı olmayaraq hər bir şəxs muğam musiqini sərbəst qavraya bilir. Bu musiqi insanı başqa bir dünyaya aparır",- deyə violonçel ustası bildirib. Bununla yanaşı, məşhur musiqiçi iyunun əvvəllərində Çikaqoda (ABŞ) "İpək yolu" layihəsi çərçivəsində Azərbaycan musiqisinin təqdim olunacağı tədbirin keçiriləcəyini bildirib.

Qeyd edək ki, Yo-Yo-Ma Bakıya "İpək yolu" ansamblının rəhbəri kimi ABŞ Dövlət Departamentinin dəstəyi ilə gəlib.

"İpək yolu" ansamblı 1988-ci ildə violançel ustası tərəfindən təşkil olunub və onun tərkibinə dünyanın müxtəlif ölkələrindən 50-dən artıq musiqiçi daxildir. Bakıda məşhur Azərbaycan musiqiçilərinin, eləcə də məşhur muğam ifaçısı Alim Qasımovun iştirakı ilə bir neçə konsert keçirilib.

Yo-Yo-Ma ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər müdiri Ceyson Haylend tərəfindən müxtəlif mədəniyyətlər arasında körpülər salan "mədəniyyət səfiri" adlandırıb. "Ümid edirəm ki, bu səfər ABŞ və Azərbaycan xalqları arasında əməkdaşlığın inkişafının əsaslarını möhkəmləndirəcək", -deyə sonda C. Haylend bildirib.

Xəbər lenti

Xəbər lenti