...

Musa Pənahov: Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi hazırlayıb

Siyasət Materials 18 May 2006 12:49 (UTC +04:00)
Musa Pənahov: Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi hazırlayıb

Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi hazırlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 18-də nəqliyyat nazirini birinci müavini Musa Pənahov məlumat verib.

Hazırda qanun layihəsinə İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə Nazirlikləri, gömrük və sərhəd xidmətləri, o cümlədən respublikanın digər nazirlik və idarələrində baxılır. Bu qanunda Azərbaycanın avtomobil nəqliyyatının işinin tənzimlənməsi və səmərəliliyinin artırılması nəzərdə tutulur.

Hazırda nazirlikdə dəmiryol nəqliyyatı ilə bağlı qanun layihəsinin də hazırlanması üzərində işlər davam edir. "Bu gün dəmir yolu nizamnaməyə malikdir, daşıma qaydaları mövcuddur. Ancaq bunlar vahid sənəd deyil. Buna görə də nazirlik dəmiryol nəqliyyatı haqqında vahid sənəd hazırlamaq niyyətindədir", - deyə M.Pənahov qeyd edib. Onun sözlərinə görə, bu sənəd məcəllə xarakteri da daşıya bilər. Bu sənəddə dəmiryol nəqliyyatının hüquqları, məsuliyyəti və imtiyazları öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti