Mayın 18-də NATO Birləşmiş Hava Komponentlərinin komandanı, general Tom Hobbins iki günlük səfərlə Azərbaycana gəlir. Trend in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər gedişində Azərbaycanın Müdafiə Nazirliyində görüşlərin keçirilməsi planlaşdırılıb. Müzakirə olunacaq məsələlər arasında Azərbaycanın NATO ilə Fərdi əməkdaşlıq üzrə Fəaliyyət Planı da var.
Bakıya səfər general Tom Hobbinsin dünyanın bir neçə ölkəsinə səfəri çərçivəsində keçiriləcək. Qeyd edək ki, T.Hobbins həm də ABŞ-ın Avropadakı hava qüvvələrinin komandanıdır.