...

Avropa Şurası Nazirlər Kabineti Ermənistanın Cənubi Qafqazda sabitlik və inkişaf üçün təhlükə doğuran işğalçı planları məsələsini nəzərdən keçirir

Siyasət Materials 22 May 2006 15:01 (UTC +04:00)

Mayın 24-də Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi daimi nümayəndələr səviyyəsində Azərbaycanın AŞPA -dakı parlament nümayəndə heyətinin üzvü Rafael Hüseynovun "Ermənistanın Cənubi Qafqazda sabitlik və inkişaf üçün təhlükə doğuran işğalçı planları" adlı yazılı sorğusunu nəzərdən keçirəcək. Trend in verdiyi məlumata görə, bu məsələ mayın 24-də Strasburqda keçiriləcək AŞNK-nin 965-ci iclasının layihəsinə daxildir.

Müzakirə iclasın ilkin gündəliyinin 3-cü bəndindədir.

Sənəddə bildirilir: "Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu işğal edən Ermənistan son vaxtlar daimi olaraq bütün atəş xəttində Azərbaycan ordusuna qarşı hərbi əməliyyatlar aparır. Dinc sakinlər və ordumuzun hərbi qulluqçuları arasında çoxsaylı qurbanlara səbəb olan, eləcə də dövlətə ciddi maddi ziyan vuran bu hücumlar Ermənistanın işğalçı planlarına açıq-aşkar sübutdur.

Ermənistanın Azərbaycana daim artan hərbi təzyiqləri respublikamızın sərhədyanı rayonlarının dinc əhalisi üçün böyük təhlükə törədir və qaçqınların və məcburi köçkünələrin yeni ordusunun yaranması üçün zəmin yaradır. Digər tərəfdən, Ermənistan Naxçıvan Muxtar Respublikasına münasibətdə əvvəllər də olduğu kimi təcavüzkar niyyətlərini daha açıq şəkildə nümayiş etdirir. Öz ərazi iddialarının saxta sübutu üçün onlar Naxçıvanda hansısa erməni qəbiristanlığının darmadağın edilməsi barədə yalan məlumatlar yayırlar, Yerevanda ideologiya müharibəsinin yeni mərhələsinə başlayırlar".

Azərbaycanlı parlamentari AŞ Nazirlər Kabinetinə sual ünvanlayıb: "Ermənistanın Avropa Şurası tərəfindən rəsmən təcavüzkar dövlət kimi tanındığı və bu istiqamətdə yeni təcavüzkar planlar irəli sürdüyü halda Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində hazırki anda təcavüzkarı dayandırmaq və bu hədələrin qarşısını almaq məqsədilə hansı təsir ölçüləri qəbul edə və hansı müzakirələri apara bilər?"

Xəbər lenti

Xəbər lenti