...

GAMOH İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib

Siyasət Materials 26 May 2006 18:53 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəalları mayın 26-da İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edibləır. Bu barədə Trend ə GAMOH-un Bakı ofisindən bildiriblər.

Aksiya polisin müdaxiləsi nəticəsində səfirliyin yaxınlığındakı 134 saylı orta məktəbin önündə keçirilib.

Aksiya iştirakçıları "Türkün dili ölən deyil, fars dilinə dönən deyil!", "Fars şovinizminə ölüm!" şüralarını səsləndirdikdən sonra piketin qətnaməsi oxunub. Qətnamədə "İran" qəzetində dərc olunan karikaturaya etiraz bildirilir, güney azərbaycanlılara qarşı zorakılıqların dayandırılması, İran dövlətinin azərbaycanlılardan üzr istəməsi tələb olunub.

O da bildirilib ki, aksiya iştirakçılarından biri piketin qətnaməsini səfirliyin əməkdaşına təqim etmək istəsə də, səfirliyin nümayəndəsi qətnaməni götürməyib.

Xəbər lenti

Xəbər lenti