...

Əli Əliyev: "Vətəndaş və İnkişaf Partiyasının mayın 28-də keçiriləcək ilk təsis qurultayında baş katib postu ləğv olunacaq"

Siyasət Materials 27 May 2006 12:02 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mayın 28-də keçiriləcək ilk təsis qurultayında partiyanın baş katib postu ləğv olunacaq. Bu barədə Trend ə VİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, baş katib postu sədrin birinci müavini vəzivəsi ilə əvəz ediləcək. Partiya sədri qurultayda 250 nümayəndənin iştirak edəcəyini də vurğulayıb. Onu da bildirib ki, qurultayda partiyanın nizamnamə və məramnaməsinə dəyişikliklər ediləcək: "Kollegial qurum olan Mərkəzi Şura Məclislə əvəzlənəcək". Ə.Əliyev onu da qeyd edib ki, qurultayda yalnız media nümayəndələri və müttəfiqi olduğu "Azadlıq" siyasi blokuna daxil olan partiya rəhbərləri dəvət edilib.

VİP sədri qurultayın nəticələri ilə bağlı xarici səfəriliklərə məlumat veriləcəyini qeyd edib. Onu da bildirək ki, VİP-in qurultayı ADP-nin akt zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti