...

Gürcüstandakı Rusiya bazasından texnika və silahla yüklənmiş 3-cü eşelon RF-yə yola salınıb

Siyasət Materials 30 May 2006 13:24 (UTC +04:00)

Mayın 30-da Axalkalakidəki Rusiya bazasına məxsus texnika və silahla yüklənmiş 3-cü eşelon Gürcüstanın Zalka rayon mərkəzindən Azərbaycana yola salınıb.

Bu barədə Trend ə ölkəmizin Tiflisdəki səfirliyindən məlumat verilib.

Eşelon 17 vaqondan ibarətdir. Bunun 15-də özühərəkətedən qaubitsalı ("Akasiya") artilleriya qurğuları daşınır. Bir vaqon 50 ədəd BM 37 minaatan silahla və bu silah üçün döyüş sursatlaları ilə yüklənib. Daha bir vaqonda isə 1 nəfər zabit və 7 nəfər əsgərdən ibarət qarovul dəstəsi yerləşdirilib.

Bu gün eşelon yerli vaxtla saat 18:00-da Qardabani sərhəd rayonuna, Bakı vaxtı ilə saat 19:30-da isə Böyük-Kəsik stansiyasına çatacaq.

Texniya və silahlarla yüklənmiş birinci eşelon Gürcüstanı mayın 25-də tərk edib və 16 saat ərzində Gürcüstan-Azərbaycan sərhədindən Rusiyaya çatdırılıb. İkinci eşelon (23 may) Azərbaycan ərazisi ilə 12 saat ərzində çatdırılıb.

4-cü eşelon Zalkadan iyunun 6-da çıxacaq. Gürcüstandan Azərbaycan ərazisi ilə cəmi 22 eşelon daşınacaq.

Xəbər lenti

Xəbər lenti