...

MSƏM İran səfirliyi qarşısında piketlər keçirilməsinə qərar verib

Siyasət Materials 31 May 2006 14:21 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının mayın 31-də növbəti toplantısı keçirilib. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da vurğulayıb ki, toplantıda əsasən İranda soydaşlarımzın problemləri ilə bağlı məsələ müzakirə olunub: "Qərara aldıq ki, MSƏM-ə daxil olan siyasi qüvvələr ayrı-ayrılıqda bu məsələ ilə bağlı etiraz aksiyaları keçirsinlər. Artıq bu istiqamətdə partiyalarda iş aparılır".

AMİP rəsmisi qeyd edib ki, artıq milli istiqlalçılar Bakı şəhər İcra Hakimiyyətinə İran səfirliyi qarşısında etiraz aksiyası keçirməklə bağlı müraciət edib: "İyunun 2-də partiyamızın gəncləri İran səfirliyi qarşısında piket planlaşdırıb. Bakı meriyasının müraciətimizə hər hansı bir cavabından asılı olmayaraq biz piketimizi keçirəcəyik".

Qeyd edək ki, MSƏM-də dörd partiya və bir siyasi hərəkat təmsil olunur.

Xəbər lenti

Xəbər lenti