...

AŞ baş katibliyinin Azərbaycandakı yeni xüsusi nümayəndəsi Bakıya tanışlıq səfəri edib

Siyasət Materials 1 İyun 2006 15:33 (UTC +04:00)

Bakıya tanışlıq səfəri etmiş Avropa Şurasının (AŞ) baş katibliyinin Azərbaycandakı yeni xüsusi nümayəndəsi, Belçika diplomatı Denis Brebosia mayın 2-də Strasburqa gedib. Bu barədə Trend ə AŞ-ın Bakıdakı informasiya agentliyindən məlumat veriblər.

"Səfər tanışlıq xarakteri daşıyırdı və heç bir rəsmi görüş keçirilmədi", - deyə ofisdə qeyd ediblər və bildirdilər ki, D.Brebosia yaxın 10 gün ərzində yenə də Bakıya gələcək.

Gözlənlən səfərin proqramı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, D.Brebosia öz vəzifəsinə rəsmi olaraq 15 iyun 2006-cı ildən başlayacaq.

Xəbər lenti

Xəbər lenti