Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) iyunun 7-də İran səfirliyi qarşısında növbəti icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərib. Trend xəbər verir ki, aksiyada 20-yə yaxın adam iştirak edib.
Lakin İran səfirliyinin binasını mühasirəyə alan polislər aksiya iştirakçılarını səfirliyin yaxınlığında yerləşən 134 saylı orta məktəbin qarşısında qarşılayıblar. Aksiya iştirakçıları "Fars şovinizminə son qoyulsun!" şüarları ilə məktəbin qarşısında bir neçə dəqiqə dayandıqdan sonra polislər piketi dağıtdılar. Polislərə müqavimət göstərən 4 aksiya iştirakçısı həbs edilib. Piketin qətnaməsi səfirliyə təqdim olunub.
Qeyd edək ki, piket Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq keçirilib. Onu da bildirək ki, AMİP-in inövbəti piketi iyunun 9-da keçiriləcək.