...

Rusiya XİN başçısı Sergey Lavrov Bakıya gələcək

Siyasət Materials 9 İyun 2006 12:37 (UTC +04:00)
Rusiya XİN başçısı Sergey Lavrov Bakıya gələcək

İyunun 19-20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Gennadi Yevsyukov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 19-20-də Bakıda keçiriləcək iclasında iştirak etməkdən ibarətdir.

Naziri Rusiya XİN nümayəndələrindən ibarət qrup müşayiət edəcək.

Səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinni, Azərbaycan XİN, ölkənin hakim və qanunvericilik strukturlarının rəhbərlkləri ilə də görüşlər nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya İKT-də müşahidəçi statusu alıb. İKT 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin prezidentləri və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilmiş konfransında yaradılıb. İslam dünyasına mənsubluğunu bəyan edən istənilən dövlət təşkilatın üzvü ola bilər. İKT-də, həmçinin, beynəlxalq təşkilatlara verilən müşahidəçi statusu da yaradılıb. Hazırda İKT-nin 50-dən çox üzvü var: Azərbaycan, Türkiyə, Əfqanıstan, Əlcəzair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Yəmən, Bəhreyn, Oman, Qətər, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İraq, Komor, Maldiv, Cibuti Benin, Bruney, Nigeriya, Albaniya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar.

Xəbər lenti

Xəbər lenti