...

Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 9 İyun 2006 17:44 (UTC +04:00)

Trend in verdiyi xəbərə görə, iyunun 9-da axşam Litva prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfəri başa çatıb.

Səfərin ikinci günü prezident Valdas Adamkus Azərbaycan-Litva biznes-forumunda iştirak edib, Heydər Əliyev Fonduna baş çəkib. Bakı dövlət universitetində ona fəxri doktor adı verilib. Valdas Adamkus baş nazir Artur Rəsizadə ilə nahar edib, Sanqaçal neftdaşıyan terminalında olub, İçərişəhərdə gəzintiyə çıxıb.

Bir gün əvvəl o, Azərbaycanlı həmkarı ilə danışıq aparıb. Danışığın nəticəsinə görə birgə bəyanat qəbul olunub və qarşılıqlı investisiyaların rəğbətləndirilməsi və müdafiəsi haqqında razılaşma imzalanıb. Litva prezidenti həmçinin Milli Məclisin sədri Oqtay Əsədov ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti