Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0012 bənd (0,12%) möhkəmlənib. Ötən həftə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,89788 manat müəyyən edilib.
Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 5 iyunda (1 ABŞ dolları 0,8986 manat), minimum məzənnəsi isə 8 və 9 iyunda (1 ABŞ dolları 0,8974 manat) müəyyən edilib.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi anatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi | |||
29 may |
- |
5 iyun |
0,8986 |
30 may |
0,8997 |
6 iyun |
0,8982 |
31 may |
0,8995 |
7 iyun |
0,8978 |
1 iyun |
0,8992 |
8 iyun |
0,8974 |
2 iyun |
0,8988 |
9 iyun |
0,8974 |
Həftə ərzində orta |
0,8993 |
Həftə ərzində orta |
0,89788 |
Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında aparılmış sövdələşmələr nəticəsində müəyyən edilmiş birja məzənnəsi 0,0022 bənd (0,22%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8972 manat səviyyəsində müəyyən edilib.
Ötən həftə 1 ABŞ dollarının manata nisbətdə maksimum məzənnəsi 5-6 iyunda (1 ABŞ dollarına görə 0,8982 manat), minimum məzənnə isə 9 iyunda (1 ABŞ dollarına görə 0,8960 manat) müəyyən edilib.
5 iyunda BEST-də $0,060 mln. (orta mübadilə məzənnəsi - 0,8982 AZN/USD), 6 iyunda - $2,160 mln. (məzənnə - 0,8982 AZN/USD), iyunda - $0,837 mln (məzənnə - 0,8968 AZN/USD), 8 iyunda - sövdələşmə aparılmayıb və 9 iyunda - $0,980 mln. (məzənnə - 0,8960 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.
Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi | |||
29 may |
- |
5 iyun |
0,8982 |
30 may |
0,8992 |
6 iyun |
0,8982 |
31 may |
0,8985 |
7 iyun |
0,8968 |
1 iyun |
0,8986 |
8 iyun |
0,8968 |
2 iyun |
0,8982 |
9 iyun |
0,8960 |
Həftə ərzində orta |
0,898625 |
Həftə ərzində orta |
0,8972 |
EUR/AZN valyutaları ilə (T+0) 7 iyunda 62 min avro məbləğində sövdələşmə qeydə alınıb. Avronun məzənnəsi 1,1517 AZN təşkil edib. Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) valyutası ilə sövdələşmə aparılmayıb.
Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti yenə də aşağı düşməyə başlayıb. Vauçerin qiyməti iyunun 5-də - 100 min manat (22 AZN), iyunun 6-da - 100 min köhnə manat (22 AZN), iyunun 7-də - 90 min manat (18 AZN), iyunun 8-də - 90 min manat (18 AZN) və iyunun 9-da 90 min manat (18 AZN) təşkil edib.