...

Rusiya texnikası ilə səkkizinci eşelon Gürcüstandan Azərbaycana yola düşür

Siyasət Materials 13 İyun 2006 14:43 (UTC +04:00)

Gürcüstandan çıxarılan Rusiya hərbi bazalarındakı texnika ilə bu il növbəti, səkkizinci eşelon çərşənbə axşamı Rusiyaya yola düşüb. Bu barədə Zaqafqaziyadakı Rusiya qoşunları qrupu qərargahının nümayəndəsi xəbər verib.

Salka stansiyasında yüklənən eşelon 37 yedəkçi və başqa tırtıllı maşınları, həmçinin Rusiyanın 62-ci hərbi bazası tərəfindən Axalkalaki şəhərində yerləşdirilmiş digər malları Rusiyaya gətirəcək.

Trend in İnterfaksa istinadən xəbər verdiyi kimi, nümayəndənin sözlərinə görə, "Rusiyanın hərbi yüklərinin tranziti haqqında Azərbaycan rəhbərliyi ilə razılıq əldə edildiyindən, bütün əvvəlki hərbi eşelonlar kimi, bu eşelon da Azərbaycan ərazisindən keçib Rusiyaya gedəcək".

Xəbər lenti

Xəbər lenti