...

Türkiyənin xarici işlər naziri bu həftənin sonunda Qazaxıstan və Azərbaycana səfər edəcək

Siyasət Materials 14 İyun 2006 11:31 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Abdulla Gül bu həftənin sonunda Qazaxıstan və Azərbaycana səfər edəcək. Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Turne çərçivəsində A.Gülün Tehrana səfəri də istisna olunmur. Əgər İranda danışıqlar məsələsi həll olunarsa, türkiyəli nazir Astanaya səfəri zamanı Tehrana da baş çəkəcək. "Əgər Türkiyənin milli maraqları bunu tələb edərsə, mən Tehrana səfər edəcəm", - deyə A.Gül bildirib.

Qeyd edək ki, A.Gül Bakıda İslam Konfransı Təşkilatı ölkələrinin XİN başçılarının görüşündə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti