...

Bələdiyyə seçkisində iştirak edən namizədlər 183 - 1800 ABŞ dolları həcmində depozit qoymalıdır

Siyasət Materials 14 İyun 2006 19:29 (UTC +04:00)

Bu il oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlər üçün depozitin məbləği müəyyənləşib. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 14-də keçirilən iclasında açıqlama verilib.

MSK katibi Natiq Məmmədov bildirib ki, üzvlərinin sayı çox olan (19 nəfər) bələdiyyələrə namizədliyini irəli sürən şəxslər namizədliyinin qeydə alınması üçün 1800 ABŞ dolları məbləğində depozit qoymalıdır. Üzvlərinin sayı az olan bələdiyyələrə isə (5, 7, 9 nəfərlik) namizədliyini irəli sürən şəxslərdən 183 ABŞ dolları tələb olunacaq.

Xəbər lenti

Xəbər lenti