Bolqarıstan parlamentinin xarici siyasət komitəsinin sədri Solomon İsaak Pasinin başçılığı ilə nümayəndə heyəti iyunun 16-da Azərbaycana gəlib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Səfərdə məqsəd Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələrin və digər sahələrdə münasibətlərin inkişafına dair danışıqlar aparmaqdır. Səfər çərçivəsində Solomon İsaak Pasi və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.
Bolqarıstan deputatlarının Bakıya səfəri iyunun 18-də başa çatacaq.