...

Sergey Lavrov: Rusiya və Azərbaycan prezidentləri arasında tam qarşılıqlı anlaşma var

Siyasət Materials 16 İyun 2006 20:00 (UTC +04:00)

Rusiya və Azərbaycan prezidentləri arasında postsovet məkanında baş verən hadisələrlə bağlı tam qarşılıqlı anlaşma var. Bu barədə, Trend agentliyinin "Novosti" RİA-ya istinadən yaydığı məlumata əsasən, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Alma-Atıdakı görüşdə tərəflər Avrasiyadakı vəziyyət ilə əlaqədar fikir mübadiləsi aparıblar.

"Postsovet məkanındakı hadisələrlə bağlı qarşılıqlı anlaşmanın olması təsdiqlənib" - deyə S.Lavrov əlavə edib.

Xəbər lenti

Xəbər lenti