...

Səməd Seyidov: "AŞPA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyətinin mandat məsələsi müzakirə olunmayacaq"

Siyasət Materials 19 İyun 2006 15:50 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 26-30-da keçiriləcək yay sessiyasında Azərbaycanın nümayəndə heyətinin mandat məsələsi müzakirə edilməyəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Qeyd edək ki, bəzi mənbələr AŞPA-nın yay sessiyasında Azərbaycanın nümayəndə heyətinin mandat məsələsinin müzakirə ediləcəyini bildirib. S.Seyidov isə bu məsələ ilə bağlı deyilənləri əsassız və məntiqsiz hesab edib: "Mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri ilə bağlı müşahidə missiyasının rəhbəri Leo Platvoetin məruzəsi qurumun daimi komitəsinin mayın 28-də Moskvada keçirilən iclasında bağlanıb. Qalır qurumun Azərbaycan üzrə həmməruzəçiləri Anreas Qross və Andres Herkelin məruzəsi ki, bu da yay sessiyasında dinləniləcək".

S.Seyidov onu da bildirib ki, həmməruzəçilərin Azərbaycanla bağlı məruzələrinin adı ingilis dilindən düzgün tərcümə olunmayıb: "İnternetdə həmməruzəçilərin məruzələrinin ikinci səhifəsində yazılıb ki, mandat məsələsi sual işarəsi altında deyil".

Xəbər lenti

Xəbər lenti