...

Müsavat Partiyası hakimiyyətlə danışıqlara başlanması üçün cavab gözləyir

Siyasət Materials 20 İyun 2006 12:51 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyasında nümayəndələrimizin təmsil olunması lazımlıdır, amma indiki qaydada ora nümayəndə təyin etməyin mənası yoxdur". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

Arif Hacılı qeyd edib ki, MSK üzvlüyünə nümayəndə təyin edib-etməməklə bağlı Müsavat Partiyasında yaxın günlərdə müzakirələrə başlanılacaq. Onun sözlərinə görə, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması tələbi yerinə yetirilməsə, partiya MSK-ya öz nümayəndəsini göndərməkdən imtina edə bilər: "Biz seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması tələbində israrlıyıq. Bu məsələ ilə bağlı hakimiyyətlə müxalifət arasında danışıqlara başlanması təklifini irəli sürdük və bu təklifimizi hakimiyyət nümayəndələrinə təqdim etdik. Lakin indiyədək də bizə qarşı tərəfdən heç bir cavab verilməyib. Ona görə də Müsavat Partiyası hesab edir ki, seçki komissiyalarının formalaşdırılması məsələsi kompleks şəkildə həll olunmalıdır. İndiki hada seçki komissiyalarında təmsil olunan müxalifət nümayəndələri çıxarılan qərarlara heç bir təsir göstərə bilmirlər. Belə bir vəziyyətdə MSK-da təmsil olunmağın əhəmiyyəti yoxdur"-deyə Müsavat funksioneri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti