...

Azərbaycanın baş naziri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib

Siyasət Materials 22 İyun 2006 17:51 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rəsizadə iyunun 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Brunson MakKinlini qəbul edib.

Azərbaycan höküməti və Bakı nümayəndəliyi arasındakı səmərəli əməkdaşlığı xüsusi qeyd edən B.MakKinli Azərbaycanı uğurlu miqrasiya siyasəti aparan ölkə adlandırıb. BMqT başçısı qeyri-qanuni miqrantların qeydiyyatı və onların deportasiyası, onlara biometrik pasportların verilməsi məsələsində təşkilatın Azərbaycana yardım etməyə hazır olduğunu bilidirib. O, həmçinin ölkənin ərazi bütövlüyününün bərpası və məcburi köçkünlərin doğma yerlərinə qaytarılması məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

BMqT başçısı təşkilatın hesabına məcburi köçkünlər üçün hər cür infrastruktura malik qəsəbənin tikintisi barədə təkliflə çıxış edib.

Xəbər lenti

Xəbər lenti