"Bu yaxınlarda Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Əlbəttə, əgər biz müharibə şəraitində olmasaydıq, bu nazirliyin yaradılmasına da ehtiyac olmazdı". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Ancaq Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi öz həllini tapanadək biz ölkədə güclü müdafiə kompleksinin yaradılmasını qərara almışıq. Bu istiqamətdə əməli addımlar atılıb və mən ümidvaram ki, qısa vaxt ərzində Azərbaycanda orduya böyük kömək edəcək güclü hərbi sənaye yaradılacaq", - deyə prezident qeyd edib.