...

Polis Günü münasibətilə tədbirlər planlaşdırılıb

Siyasət Materials 23 İyun 2006 16:05 (UTC +04:00)

İyulun 2-də Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər planlaşdıpılıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

Həmin gün daxili işlər naziri Ramil Usubov başda olmaqla daxili işlər orqanlarının əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Daha sonra Bakı Əyləncə Mərkəzində təntənəli mərasim keçiriləcək.

Bayram münasibətilə daxili işlər orqanlarının bir sıra əməkdaşları səmərəli fəaliyyətlərinə görə mükafatlandırılacaq və təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti