...

Sularda Xilasetmə Xidmətinin sektor müdiri: Çimərlik sahillərində polis briqadaları fəaliyyətə başlayıb

Siyasət Materials 27 İyun 2006 14:58 (UTC +04:00)

Artıq çimərlik sahillərində polis briqadaları fəaliyyətə başlayıb. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində fəaliyyət göstərən Dövlət Sulardan Xilasetmə Xidmətinin sektor müdiri Rafiq Ağayev məlumat verib.

Sektor müdirinin sözlərinə görə, polisin çimərlik sahillərində fəaliyyət göstərməsi facilərin qarşısını alacaq. Bu məqsədlə FHN-nin DİN-ə müraciətindən qısa müddət sonra məsələ həllini tapıb. Artıq çimərlik sahillərində polis briqadaları fəaliyyətə başlayıb.

"Daxili İşlər Nazirliyi paytaxtın hər rayonunun polis şöbəsinə əməkdaşlarından ibarət briqadaları çimərlik sahllərinə göndərməklə bağlı tapşırıq verib. Polis briqadaları çimərliklərdə əhalinin sıx olduğu vaxtlarda fəaliyyət göstərəcək. Əsas məqsəd ictimai asayişin mühafizəsindən, əhalinin təhlükəsizliyinin qorunmasından, təhlükə yaratmaq istəyənlərin sahildən kənarlaşdırılmasını təmin etməkdən ibarətdir. Polisin fəaliyyəti Sularda Xilasetmə Xidmsətinin əməkdaşlarına dəstəkdir" - deyə R.Ağayev bildirib.

Xəbər lenti

Xəbər lenti