İyulun 15-dək Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Məclisinin toplantısı keçiriləcək. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.
AMİP sədri qeyd edib ki, iclasda Məclisin sədri və müavini seçiləcək. A.Rüstəmov onu da bildirib ki, onun təqdimatıyla partiyanın baş katibi də Məclisin iclasında seçiləcək: "Hələlik bu təqdimat barədə fikirləşməmişiəm. Ancaq onu deməliyiəm ki, bu çox məsuliyyətli bir vəzifədir".
A.Rüstəmov onu da vurğulayıb ki, Məclisin iclası keçirildikdən və partiyanın rəhbər strukturları formalaşdırıldıqdan sonra rayon təşkilatlarının təşkilatlandırılması prosesinə başlanılacaq: "AMİP öz siyasi kursunu davam etdirəcək. Müxalifət düşərgəsində olan bütün partiyalarla əməkdaşlığımız mümkünüdür. Ümumilli məsələlərdə bütün siyasi qüvvələrlə bir yerdə olacağıq".