...

İsa Qəmbər Avropa səfərinə dair mətbuat konfransı keçirib

Siyasət Materials 27 İyun 2006 16:35 (UTC +04:00)

Müsavat Partiysının başqanı İsa Qəmbər Avropada işgüzar səfərdə olub. Trend in məlumatına görə, bununla bağlı İ.Qəmbər iyunun 27-də mətbuat konfransı keçirib.

O bildirib ki, "Fridrix Nauman" Fondunun dəvəti ilə baş tutan səfəri zamanı Almaniyanın paytaxtı Berlində və Belçikanın paytaxtı Brüsseldə olub, bir sıra görüşlər keçirib. Avropa Birliyinin nümayəndələri, Almaniyanın dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirib. Avropa Birliyinin yeni qonşuluq siyasəti, bu təşkilatın Azərbaycanla münasibətləri barədə müzakirələr aparıb. Partiya başqanı həmçinin Almaniyanın hökumət nümayəndələrinin, siyasi partiyalarının təmsilçiləri ilə də müzakirələr aparıb. İ.Qəmbər keçirdiyi görüşlərdə Azərbaycanda demokratiya və insan haqları sahəsində durum, həmçinin Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb. Mətbuat konfransında partiya başqanı jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti