...

Səməd Seyidov Avropa Şurasının Nazirlər komitəsinə Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlar üzrə sənəd təqdim edib

Siyasət Materials 29 İyun 2006 13:56 (UTC +04:00)

Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Son 20 gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatistləri tərəfindən törədilmiş kütləvi yanğınlar" adlı tövsiyyələr üçün Avropa Şurasının Nazirlər komitəsinə təklif verib.

10992 saylə təklif 11 parlament üzvü tərəfindən, həmçinin AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel tərəfindən imzalanıb.

Sənəddə deyilir: "Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalından və azərbaycanlıların etnik təmizlənməsi keçirildikdən sonra Ermənistanın silahlı qüvvələri Azərbaycanın mədəni abidələrini məhv etməyə başladılar. Bu isə bəşəriyyətə qarşı cinayət deməkdir. 2006-cı il iyun ayının əvvəlində Ermənistanın işğalçı qüvvələri və Ermənistanın nəzarət etdiyi Dağlıq Qarabağ separatistləri Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yanğınlara səbəb oldular. Yanğın tez bir zamanda Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının kəndlərinə yayıldı. Nəticədə minlərlə hektar ərazi məhv oldu və bu ətraf mühitə böyük ziyan verdi, eyni zamanda Azərbaycanın tabeçiliyindəki ərazilərə də yayıldı.

20 yanğın nəticəsində Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Novruzlu, Mərzili, Bağbanlı, Şəbibalı, Sarıcalı, Seyidli, Gülçülük, Cəvahirli, Şahbulaq, Maqsudlu və Baş Qərvənd kəndləri tamamilə yanıb.

Bu ərazilərin faunası, quruluşu və mədəni abidələri tamamilə məhv edilib.

Yanğın həmçinin Şıxbabalı, Mərzəlli, Xıdırlı, Afətli, Qaradağlı, Məhrizli, Kəngərli, Çalık, Zəngişahlı, Çəmənli, Əhmədağalı, Çıraqlı, Göytəpə və Yergi adlı yerə də çatıb.

Ümumilikdə yanğın 132.2 kvadrat kilometr ərazini əhatə edib. Ziyanın məbləği milyon dollarlarla qiymətləndirilir.

Xüsusilə qeyd olunur ki, Ermənistanın silahlı qüvvələri Xocavənd rayonundakı tarixi və mədəni abidələri, həmçinin "Əfşarlar" qəbiristanlığını və "Nərgiz təpə"ni məhv ediblər.

Yuxarıdakıları nəzərə alaraq, parlament üzvləri aşağıdakı səbəblərə görə AŞ Nazirlər Komitəsinə müraciət ediblər:

- AŞ-ın üzv-dövlətləri Azərbaycanın işğal olunmuş ərazilərindəki yaşayış məntəqələrinin qəsdən məhv edilməsi üzrə Ermənistan siyasətinin dayandırılması məqsədi ilə təcili addımlar atsınlar,

- Azərbaycanın flora və faunasının, həmçinin respublikanın işğal olunmuş ərazilərinin mədəni abidələrinin məhv edilməsi dayandırılsın,

- Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınların qarşısını təcili olaraq almaq üçün Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinə lazımi icazə versin.

Xəbər lenti

Xəbər lenti