...

Yaxın günlərdə AMİP-in baş katibi və katibləri seçiləcək

Siyasət Materials 3 İyul 2006 12:51 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sonuncu qurultayından sonra Mərkəzi Şurasının ilk iclası keçiriləcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Mərkəzi Şuranın iclasında partiyanın sədri Ayaz Rüstəmov AMİP-in baş katibini təyin edəcək. Baş katib seçildikdən sonra o, partiyanın katiblərini təyin edəcək. İclasda həmçinin

Mərkəzi Şuranın sədri, sədr müavinləri və üzvləri seçiləcək.

Qeyd edək ki, ötən ay keçirilmiş qurultayda AMİP-in Mərkəzi Şurasında kadr dəyişikliyi edilib, sədr müavini postu təsis olunub. Həmçinin seçki məsələləri üzrə katiblik ləğv olunaraq əvəzinə bələdiyyələrlə iş üzrə katiblik yaradılıb. AMİP üzvü olan bələdiyyə nümayəndələri ilə əlaqələr yaratmaq, onların işini koordinasiya etmək məqsədilə ayrıca olaraq bu katiblik təsis edilib. Seçki məsələləri ilə məşğul olmaq səlahiyyəti isə təşkilat katibliyinə verilib.

Yaxın günlərdə həmçinin yeni tərkibli Mərkəzi İntizam Komissiyasının da ilk iclası keçiriləcək.

İclasda komissiyanın sədri, müavinləri seçiləcək.

Xəbər lenti

Xəbər lenti