...

AQB bələdiyyə seçkilərini boykot qərarı verib

Siyasət Materials 3 İyul 2006 17:19 (UTC +04:00)

4 partiyanı birləşdirən Azərbaycançı Qüvvələr Birliyi bu il oktyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyəcək. Bu barədə Trend ə AQB-dən məlumat verilib.

AQB-nin mətbuat xidmətinin rəhbəri Akif Heydərli bildirib ki, qurum seçkiləri boykot qərarını verib. AQB bu qərarını parlament seçkilərində qanunsuzluqların baş verməsi ilə əsaslandırıb. "İslam", "Vəhdət", "Birlik" və "Xalq Dirçəliş" partiyalarını birləşdirən AQB parlament seçkisində 50-ə yaxın namizədlə iştirak etmiş, lakin heç bir yer qazanmamışdı. Qanun pozuntularına etiraz olaraq təkrar parlament seçkilərinə də qatılmadı.

Akif Heydərli onu da deyib ki, hazırda yay mövsümü olduğundan AQB-nin toplantılarına fasilə verilib. Yalnız ölkənin ictimai-siyasi həyatında mühüm məsələlər gündəmə gəldikdə AQB-çilər toplanırlar. Təşkilat aktiv fəaliyyətə sentyabrda başlayacaq. AQB-nin Siyasi Şurasının sentyabrda keçiriləcək iclasda həmçinin Vəhdət Partiyasının məsələsinə baxılacaq. Qeyd edək ki, Vəhdət Partiyası AQB-dən çıxdığını elan edib. Lakin Akif Heydərlinin sözlərinə görə, hələ ki, AQB-yə bu barədə heç bir müraciət daxil olmayıb. O, bu partiyanın AQB ilə heç bir əlaqə qurmadığını deyib.

Xəbər lenti

Xəbər lenti