...

Nazir: Azərbaycanda yüksək texnologiyaların inkişafı üçün xüsusi iqtisadi zonanın yardılması istiqamətində işə başlanacaq

Siyasət Materials 4 İyul 2006 14:46 (UTC +04:00)
Nazir: Azərbaycanda yüksək texnologiyaların inkişafı üçün xüsusi iqtisadi zonanın yardılması istiqamətində işə başlanacaq

İlin sonuna qədər Azərbaycanda yüksək texnologiyaların inkişafı üçün xüsusi iqtisadi zonanın yardılması istiqamətində işə başlanacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, rabitə və informasiya naziri Əli Abbasov bildirib.

O deyib ki, Azərbaycanda xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar konsaltinq şirkətinin seçilməsi haqqında tender elan edilib. Qalib gələn şirkət Azərbaycanda yüksək texnollogiyaların vəziyyəti ilə bağlı təhlil aparmalı və yük texnologiyaları üçün xüsusi iqtisadi zonaların yaradılmasının məqsədəuyğunluğunu müəyyənləşdirməli, belə zonanın müsbət və mənfi tərəflərinin təhlilini aparmalı, bu zonanın ümumilikdə ölkə iqtisadiyyatına təsirini öyrənməli, hüquqi baza yaratmalıdır.

Nazir deyib ki, qalib gələn şirkət sentyabrından layihə üzrə işə başlayacaq.

Layihə bir neçə əsas komponenti - Azərbaycanda elektron məhsulun istehsal və ixracı, tranzit informasiya məkanı, texnopark və informaisya infrastrukturunun yaradılmasıdır.

Peşəkar mütəxəssislərin çatışmazlığı işin müsbət nəticəsinə xeyli dərəcədə maneə törədə bilər. "Bu səbəbdən İT sahəsində yerli peşəkarların olması çox lazımdır" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti