...

Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyanın Azərbaycan tərəfindən yeni tərkibini təsdiqləyib

Siyasət Materials 4 İyul 2006 20:52 (UTC +04:00)

Prezident İlham Əlyiev Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibini təsdiqləyib.

Komissiyaya baş nazir Artur Rəsizadə rəhbərlik edir. Komissiyanın tərkibinə maliyyə naziri Samir Şərifov, iqtisadi inkiaşf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, mədəniyyət və turizm naziri Ziya Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm Əbülfəz Qarayev, təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, Ticarət-Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev və Nazirlər Kabineti Regional İqtisadi Əlaqələr şöbəsinin rəhbəri Kamal İsmayılzadə daxildir.

Xəbər lenti

Xəbər lenti