...

Səyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının bütün seçki dairələri üzrə namizədi olacaq"

Siyasət Materials 6 İyul 2006 12:33 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərə təqvim planı üzrə hazırlaşır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

YAP rəsmisi qeyd edib ki, oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə partiyanın iştirakı təqvim planına əsasən həyata keçirilir: "Artıq namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Partiyamızın bütün seçki dairələri üzrə namizədi olacaq. Bundan sonra seçki məntəqələrində müşahidəçilərin müəyyənləşdirilməsi prosesi, namizədlərin imza toplama kampaniyası ilə YAP-ın rayon təşkilatları məşğuldur".

S.Novruzov onu da bildirib ki, YAP-ın namizədləri qeydiyyatdan keçdikdən sonra onların təbliğat-təşviqat prosesinə başlanılacaq. S.Novruzov onu da vurğulayıb ki, həmişə olduğu kimi bu seçkilər də ədalətli və şəffaf keçiriləcək.

Xəbər lenti

Xəbər lenti