...

Bələdiyyələrlə bağlı qanunların monitorinqi başa çatdırılıb

Siyasət Materials 10 İyul 2006 12:30 (UTC +04:00)

Milli Məclisin müvafiq komissiyalarının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mütəxəssisləri ilə birlikdə apardığı bələdiyyələrlə bağlı qəbul edilən qanunların monitorinqi başa çatdırılıb. Trend xəbər verir ki, monitorinqin aparılmasında məqsəd qanunvericilik aktlarında boşluqları aşkarlamaq olub.

Məlum olub ki, bələdiyyələrlə əlaqədar qəbul olunan qanunların bir çoxu digər qanunvericlik aktları ilə uyğunlaşmır. Bu da bələdiyyələrin fəaliyyətində, eləcə də digər sahələrdə ciddi problemlər yaradır. Bunları nəzərə alan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi yeni qanunlar paketi hazırlayıb. Qanunlar paketində bələdiyyə üzvlərinin, qulluqçularının sosial, maliyyə, əmək və digər problemlərinin həlli ilə bağlı yeni təkliflər əksini tapıb. Qanunlar paketi parlamentin müvafiq komissiyalarında müzakirə ediləcək.

Onu da bildirək ki, Milli Məclisin regional məsələlər daimi komissiyasında "Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" və "Bələdiyyə üzvlərinin və qulluqçularının sosial müdafiəsi haqqında" qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirə ediləcəyi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti