...

Ümid Partiyası bələdiyyələrə keçiriləcək təkrar seçkilərdə partiya üzvlərinin fərdi qaydada iştirakı ilə bağlı qərar qəbul edib

Siyasət Materials 10 İyul 2006 16:36 (UTC +04:00)

İyulun 10-da Ümid Partiyası Rəyasət Heyəti oktybarın 6-da boş qalan bələdiyyələrə keçiriləcək təkrar seçkilərdə partiya üzvlərinin fərdi qaydada iştirakı ilə bağlı qərar qəbul edib. Trend xəbər verir ki, seçkilərə hazırlıqla bağlı daimi seçki qərargahına və təşkilat şöbəsinə müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin iclasında qəbul olunan qərarların icrası ilə bağlı partiya sədrinin təşkilat məsələləri üzrə müavini Nəsimi Məmmədli məlumat verib. O, təşkilatlanma ilə bağlı ötən həftə qəbul olunan qərarların tam icra olunduğunu qeyd edərək Goranboy və Tovuz raoyn təşkilatlarında keçirilən konfranslar barədə məlumat verib.

Rəyasət Heyətinin toplantısında Dağlıq Darabağ problemi ilə bağlı aparılan danışıqların dayandırılması prosesinə də toxunulub. Bu məsələ ilə bağlı çıxış edən partiya sədri, millət vəkili İqbal Ağazadə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səsləndirdikləri "Problemin həllində məsuliyyətin prezidentlərin üzərində olması" bəyanatı tərəfləri müharibəyə sürükləmək kimi qiymətləndirib. Partiya sədri ölkəmizin gözlənilən hər bir vəziyyətə hazır olmasını və bu məsələdə ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti